XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 17:15

Prezident bələdiyyələr haqqında fərman verdi
Azərbaycan prezidenti İlham Əliyev “Bələdiyyə qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 13 fevral tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Strateq.az xəbər verir ki, Fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Bələdiyyə qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, “Bələdiyyə qulluğu haqqında” qanunun 5-1-ci maddəsinin 8-ci hissəsinə uyğun olaraq, müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydasını prezidentlə razılaşdırmaqla 3 ay müddətində müəyyən etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Həmçinin müəyyən edilib ki, “Bələdiyyə qulluğu haqqında” qanunun 5-1-ci maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.
Dəyişikliyə əsasən qanunun 5-ci maddəsinin 2-ci hissəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəz edilib.