XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 00:23

Cərimə cəzaları prezidentin istefa tələbinə səbəb oldu –Belarusda yürüş

lukasenko-2.jpg

Belarusun paxtaxtı Minskdə şənbə günü 200 nəfərə yaxın insan yürüş edərək 1994-cü ildən bəri keçmiş Sovet respublikasına rəhbərlik edən prezidentin istefesına çağırış ediblər.

Strateq.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Belarusun və Avropa İttifaqının bayraqlarını dalğalandıran müxalifət fəalları prezident Aleksandr Lukaşenkonun vəzifəsini tərk etməsini tələb ediblər.

Onlar bu yaxınlarda qəbul edilən qanunları da tənqid ediblər. Həmin qanunların arasında vətəndaşların əmək mübadiləsi reyestrindən qeydiyyatdan keçməli olduqları, əks halda isə ağır cərimə ödəməli olduqları haqqında qanundur.

“Biz rəhbərliyin insanlardan pul oğurlamasını dayandırmasını tələb edirik və yalnız Lukaşenkonun istefası bunu dəyişə bilər,” – deyə Mikola Statkeviç deyib. Sabiq prezidentliyə namizəd siyasi motivli hesab olunan ittihamlarla beş il həbsdə olub.

Polis etirazçılara hökümət binası önündə şüarlarını səsləndirərək yürüş etmələrinə icazə verib.

Etiraz aksiyası zamanı heç bir həbs həyata keçirilməyib. Lakin "Associated Press" müxbiri aksiyadan sonra iki nəfərin saxlanıldığını görüb.

Avropanın sonuncu diktatoru kimi təqdim edilən Lukaşenko son illərdə parçalanmış və populyar olmayan Belarus müxalifətinə etirazlar keçirməyə icazə verir.