XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 18:01

“Harada bizə qarşı bir həmlə varsa, qəfil vura bilirik, ancaq elə bilirsiniz buna izin verirlər?” –Ərdoğan

Prezident Ərdoğan bu gün gənclərlə toplantıda  üstüörtülü şəkildə həm ABŞ və  Avropa ölkələrinə, həm də bölgədəki ölkələrə mesaj verib.

Strateq.az xəbər verir ki,  Ərdoğan topantıda əvvəlcə gənclərə öz tövsiyələrini verib.

O, gənclərə "Xarici dilləri öyrənin, ən azı əlavə bir dil öyrənin. Bir an belə olsun, özünüzü kiçik görməyin. Bir an olsun zamanınızı boş keçirməyin. Öz üzərinizdə dayanmadan işləyin, basqılardan qorxmayın, daha da mübariz olun", –  deyərək, onların Türkiyənin gələcəyi olduğunu dönə-dönə vurğulayıb.

Ərdoğan Avropalı yazarlardan birinin sözlərini də gəncərlə xatırladıb: "Avropalı bir yazarın söylədiyi gözəl bir misal var, qulağınızda sırğa olsun: "Hər dəfə sınaqdan çıxardın, yenildin, olsun. Yenə sınaqdan çıxar, yenə yenil, amma daha yaxşı yenil"".

Daha sonra Ərdoğan üstüörtülü şəkildə ABŞ-a, Avropaya və bölgədəki bəzi ölkələrə mesaj verib: "Harada bir çalxalanma, harada bizə qarşı bir həmlə varsa, bir gecə qəfil girə, vura bilirik. Bəyəm, biriləri buna izin verirmi? Artıq yox, geçdi o işlər. Artıq o Türkiyə yoxdur. Bizimlə strateji ortaq olanlar hüququmuza saygı duyduqları müddətdə biz də eyni sayğını göstərərik. Əks halda, qüsura baxmasınlar".

Strateq.az