XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

24 Oktyabr 2017 - 12:26

PA rəhbərinin müavini və müşavir vəzifələri ləğv edilir –“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik

Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişiklik qanunun 11ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində edilir.

Hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi çıxarılır.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub/Report.