XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 18:17

 Əfqanıstan prezidentindən sərt ittiham:"Pakistan və Rusiya “Taliban”a silah və pul verir"

“Pakistan və Rusiya “Taliban” hərəkatına silah, pul və başqa formalarda dəstək verir”.

Bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ölkəsinin Paktiya əyalətinə səfəri zamanı deyib.

O, “Taliban”ı öz səhvlərini etiraf etməyə çağırıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Əfqanıstan prezidentinin açıqlaması həqiqəti əks etdirmir və qəbuledilməzdir/Report.