XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 20:50

Rəsmi Vaşinqtondan sensasion qərar –Türk nümayəndə heyətinə viza qadağası tətbiq edildi

ABŞ Türkiyəyə qarşı daha bir sensasion addım atıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, viza böhranı ilə bağlı danışıqları davam etdirmək üçün ABŞ-a yola çıxmağa hazırlaşan Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə rəsmi Vaşinqton bu gün viza verməkdən rəsmən imtina edib:

"Rəsmi VaşinqtonTürkiyə Ədliyyə Nazirliyinin​ 5 nəfərdən ibarət nümayəndə heyətinə niyə viza verilməməsinin səbəbini açıqlamasa da, 5 diplomata viza ilə bağlı konkret rədd cavabı verilib".

Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza qadağası qoyub. Elə həmin gün Türkiyə də eyni addımı atıb. 

Ötən həftə isə ABŞ-dan viza böhranını həll etmək üçün Türkiyəyə nümayəndə heyəti gəlib, yüksək səviyyədə danışıqlar aparılıb. 

Rəsmi açıqlamaya görə, Ankaradakı danışıqlar zamanı tərəflər ortaq komitə yaradıb, birgə həll yolu axtarmağa qərar veriblər. Bu gün isə ABŞ həmin danışıqlara məsul olan Türkiyə nümayəndə heyətinə viza qadağası qoymaqla, rəsmi Ankaraya qarşı siyasətində yumşalmaq niyyətində olmadığını göstərib.

Strateq.az