XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 02:18

Daha bir atışma da Xırdalanda oldu –2 silahlı isə burada öldürüldü

Abşeron rayonu Xırdalan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.

İlkin məlumata görə,  hüquq-mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Strateq.az xatırladır ki, eyni gündə – oktyabrın 25-də DTX-nin Qaradağ rayonu ərazisində keçirdiyi əməliyyat zamanı isə Bakı şəhərində terror törətməyə hazırlaşan 3 silahlı şəxs öldürülüb.