XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 15:59

NATO RUSİYANIN YALANINI AŞKARLADI –"Qərb-2017" təlimlərindəki hərbçilərin sayı qəsdən gizlədilib

NATO ekspertləri “Qərb-2017” hərbi təlimlərinin peyk çəkilişlərini təhlil edərək, bu təlimlərdə on minlərlə əsgərin iştirak etdiyini aşkarlayıblar. Beləliklə, Rusiyanın təlimlərdə 13 mindən az hərbçinin iştirak etdiyi haqda iddialarının yalan olduğu ortaya çıxıb.

Strateq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu “Die Welt” nəşri NATO-dakı mənbələrinin informasiyası əsasında məlumat yayıb.

NATO ekspertləri peyk çəkilişlərini analiz edərək, bu nəticəyə gəliblər ki, təlimlərə on minlərlə əsgər cəlb edilib, həmçinin ATƏT müşahidəçilərinin iştirakının zəruri olmasına baxmayaraq, onlar bu təlimlərə qatılmayıblar.

NATO Rusiyanı şüurlu şəkildə beynəlxalq birliyi aldatmaqda ittiham etməyə hazırlaşır.

Alyans hesab edir ki, Rusiya “Qərb-2017” hərbi təlimlərində iştirak edən hərbçilərin sayını bilə-bilə az göstərib və bu məsələ bu gün – 26 oktyabrda, Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclasında qaldırılacaq.

“Die Welt” nəşri NATO-dakı öz mənbələrindən sitat gətirir: “Biz tamamilə aydın şəkildə bəyan edəcəyik ki, belə davranış haqqında nə düşünürük”.

Məlum olduğu kimi, NATO nümayəndələri hələ iyul ayında təlimlərdə iştirak edəcək hərbçilərin real sayı haqqında deyilənlərə şübhə etdiklərini gizlətmirdilər. O zaman NATO Baş katibi Yens Stoltenberq qeyd etmişdi ki, əvvəlki təcrübələri nəzərə alsaq, Rusiya təlimlərə cəlb edəcəyi hərbçilərin sayını az göstərə bilər.

Rusiya isə bəyan etdi ki, təlimlərdə 12 700 əsgər iştirak edib.