XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2017 - 16:15

MİLLİ ŞURA BAKIDA MİTİNQ KEÇİRİB –(YENİLƏNİB)

Oktyabrın 28-i Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirir.

Strateq.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, mitinqçilər artıq meydana toplaşıblar.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin keçirilməsinə razılıq verilib, Bakı şəhər Baş Polis İdarəsi isə bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.

Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib.

***

Strateq.az Azadlıq Radiosuna istinadla  xəbər veir ki, 28 oktyabr mitinqinin aparıcısı AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyndir.

Milli Şuranın bundan öncəki – oktyabrın 7-də keçirdiyi aksiyada olduğu kimi, bu dəfə də ərazidə internetin sürəti aşağı salınıb. Jurnalistlər və sosial şəbəkə istifadəçiləri aksiyadan canlı yayım verə bilmirlər.

"Polis, görünür, taktikanı dəyişib. Bu aksiyadan öncə fəallardan heç kim saxlanmayıb." Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib.

Bununla belə, Nürəddin Məmmədli vurğulayıb ki, rayonlardan aksiyalara gələmək istəyənlərə maneəlar yaradılıb.

***

“Bu il də Azərbaycanda iqtisadi geriləmə olacaq. İndiyə kimi iqtisadiyyatı iki dəfədən çox kiçildiblər. Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik” – bunu mitinqdə çıxış edən, Milli Şuranın koordinasiya mərkəzinin üzvi, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyib…

***

Mitinqin aparıcısi İlham Hüseyn deyib: “Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?”

*** 

Hüquq müdafiəçisi Oktay Gulaliyev isə çıxışnda deyib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində işgəncəyə, ayrıseçkiliyə yol verirlər: “Keçmiş müstəntiq Rüfət Səfərovu döyüb cərimə kamerasına salmışdılar. Bir sözü ilə gül bayramını qul bayramına çevirən Bayram Məmmədov cərimə kamerasına salınmışdı.Bu hakimiyyət Azərbaycanın ləyaqətli insanlarına qarşı savaş açıb… Müstəqil, tənqidçı saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıqsiyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqqerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir.”

*** 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli də mitinqdə çıxış edib. O deyib ki, Azərbaycanın zəngin təbii ehtiyatları var, üstəlik, Azərbaycan xalqı zəhmətsevərdir:"Bəs niyə belə zəngin təbbi ehtiyatı olan ölkədə xalqın əksəriyyəti yoxsul yaşayır?"

Keçmiş deputat deyib ki, hər kəsin xoşbəxt olmaq haqqı var.

***

“Biz bütün maneələri aşıb gəlmişik ki, korrupsioner hökumətdən izahat tələb edək. Soruşaq ki, necə oldu altı-üstü qızıl olan bu məmləkəti, 10 milyonluq xalqı Ermənistana uduzdurdunuz?” 

Bunu isə mitinqdə AXCP sədri Əli Kərimli deyib. O, daha sonra sözlərinə davam edib: “Siz bura gəldiniz ki, Fuad Qəhrəmanliya, Seymur Həziyevə, Taleh Bağırova, Abbas Hüseynə və digər siyasi məhbuslara azadlıq tələb edəsiniz.”

Əli Kərimli həbs edilən müxalifətçiləri siyasi girov adlandırıb. 

Əli Kərimli deyib ki, hakimiyyət mitinqin kütləviliyinin qarşısını almaq məqsədi ilə bir sıra maneələrə əl atıb: “Rayonlardan maşınları buraxmayıblar. Bəzi yerlərdə şənbə günü olmasına baxmayaraq insanları işə çağırıblar. Amma sizi durdura bilməyiblər. Onların gücü əllərindəki dəyənəkdə, bizim gücümüz vətən eşqindədir”.

Əli Kərimli ölkədə təhsilin, səhiyyənin səviyyəsindən də danışıb:“Siz bu ölkənin təhsilini məhv etdiniz, səhiyyəsin məhv etdiniz, məhkəməsin məhv etdiniz . Nə istəyirsiniz bu xalqdan?”.

Əli Kərimlinin çıxışı zamanı mülkü paltarda olan bir neçə şəxs aksiya iştirakçılarının əlindəki bəzi plakatlara irad bildirərərk, həmin plakatları onların əllərindən alıblar. Əli Kərimli isə aksiya iştirakçılarını təxribata uymamağa səsləyib.

AXCP sədr aksiya iştirakçılarını buzqıran gəmi ilə müqayisə edib: “100 milyardı mənimsəmiş, hakimiyyəti qəsb etmiş, 24 ildə bir dəfə də olsun demokratik seçki keçirməyən qüvvə 10 minlərin sözü ilə hakimiyyəti tərk etməyəcək.Biz daha çox olmalıyıq…”.

***

Saat 17.05-də isə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) də mitinqlə bağlı açıqlama yayıb.

İdarədən KİV-ə verilən məlumatda deyilir: "Oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".