XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 18:58

BƏRZANİ İSTEFA VERDİ –Ərizəsi qapalı toplantıda oxundu, səlahiyyətləri 3 quruma keçdi

Bu gün İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani istefa verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bərzaninin istefa ərizəsi bu gün muxtariyyətin parlamentində oxunub. 

Bərzanini ərizəsində noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini bəyan edib.

Məlumata görə, Bərzaninin səlahiyyətlərini növbəti rəhbər seçilənə qədər vilayət parlamenti, hökuməti və Ədalət Şurası deyilən 3 qurum birgə icra edəcək.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.

Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkük, Mosulun ətrafındakı bir neçə şəhəri ələ keçirib. Paralel olaraq Türkiyə və İranla birgə rəsmi Ərbili güncə sıxacaq ciddi həmlələr edib.

3 gün əvvəl isə Bərzani İraq hökumətinə danışıqlar üçün 3 təklif irəli sürüb. Onun "atəşi dayandırmaq, referendumu dondurmaq və danışıqlar masasına oturmaq"dan bəhs edən təklifinə isə rəsmi Bağdad atəşkəsi 24 saat dayandırmaqla cavab verib. Eyni zamanda, danışıqları davam etdirmək üçün "Bərzani istefa verməlidir" şərtini irəli sürmüşdü.

Strateq.az