XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2017 - 21:06

Çavuşoğlundan Bərzaninin istefasına reaksiya:"Bizdə bunu təsdiq edən dəlil yoxdur"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzaninin istefasına reaksiya verib.

Strateq.az xəbər verir ki, Çavuşoğu Bərzaninin sentyabrın 25-də referenduma getməklə bağlı çox böyük xətaya yol verdiyini deyib:

"Referendum böyük bir xəta idi. O, referendumla kürd qardaşlarımızı birləşdirəcəyini sandı, lakin bunu edə bilmədi. Çünki bir sıra kürd partiyaları referenduma qarşı idi. Ancaq Bərzani ona "ağıl verən müəllimləri"ni dinlədi. Nəticədə bugünkü mənzərə ortaya çıxdı. O, öz gələcəyi haqda özü qərar verdi".

Çavuşoğlu deyib ki, Bərzaninin istefa verməsi barədə rəsmi Ankaraya bir çox ölkələrdən, o cümlədən İraq mərkəzi hökumətindən də məlumat daxil olub: "Xəbərlərdə onun noyabrın 1-dən vəzifəsinin başında olmayacağı deyilir. Lakin bunu təsdiq edən dəlillərimiz yoxdur".

Onu da qeyd edək ki, bu gün Bərzaninin istefasından sonra İraq Kürd Muxtariyyəti parlamentində silah səslərinin eşidildiyi haqda da xəbər yayılıb. Lakin hadisənin təfərrüatı açıqlanmayıb.

Strateq.az