"Dağlarımızdan başqa heç kim kürdlərlə birlikdə ayağa qalxmayacaq".
Strateq.az "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin bu gün istefa verdiyi bildirilən lideri Məsud Bərzani yerli TV-lərə açıqlamasında deyib.
O, bildirib ki, sentyabrın 25-də müstəqilliklə bağlı keçirilən referendum, əslində, Iraq höküməti ilə barışıq modelini tapmaq anlamı daşıyıb: "Lakin vəziyyət gözlədiyimiz kimi olmadı. Kərkükü savaşmadan Iraq ordusuna təslim edən rəqiblərimiz böyük bir xəyanət gerçəkləşdirdilər. Ancaq hamı bilsin, referendum əsla silinməyəcək, ləğv olunmayacaq".
Bərzani bildirib ki, Iraq artıq kürdlərin haqlarına inanmır və referendumu vilayətə hücum etmək üçün bir bəhanə olaraq görür: "Biz qətliamı dayandırmağa çalışdıq, ancaq Amerika silahları ilə təchiz edilən İraq ordusu və Haşdi Şabi irəliləməyə davam etdilər. Oysa ki, biz Kərkükü qorumaq üçün yaxşı hazırlıq görmüşdük. Təəssüf ki, 16 oktyabr gecəsi böyük xəyanətlə üzəşdik. Həmin gecə peşmərgəyə və xalqımıza böyük bir xəyanət edildi".
Xatırladaq ki, bu gün Bərzani istefa verdiyini bəyan edib. Onun istefa xəbərindən sonra isə tərəfdarları parlamentə hücum edib. Məlumata görə, muxtariyyətin güc strukturları hücumun qarşısını alıb, Bərzanin tərəfdarları isə geri çəkilib…
Strateq.az