XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 18:45

Ərdoğan israr etdi, o da ağlayaraq postundan və AKP-dən istefa verdi:"Sizi Allaha tapşırdım" - VİDEO

Prezident Ərdoğanın tələbi ilə Türkiyənin İstanbul, Ankara və Bursa bələdiyyə sədrlərindən sonra bu gün Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edib Uğur da istefa verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, digər bələdiyyə sədrlərindən fərqli olaraq, istefa xəbərini açıqlayarkən göz yaşlarını tuta bilməyib:"Külli iradəyə tabe olaraq cüzi iradəmlə bələdiyyə sədri vəzifəsindən və AKP-dən istefa verirəm. Korrupsiya yox, digər qanunsuzluqlar yox, ancaq ailəmə qədər basqılar, müdaxilələr var.  Nə yazıq ki, AKP-də qalmaq, siyasətə məşğul olmaq artıq mümkün deyil. Sizi Allaha tapşırıram".

Qeyd edək ki, Prezident Ərdoğan ötən seçkidə istənilən nəticəni ala bilmədiyi Ankara, İstanbul, Bursa və Balıkesirin AKP-dən olan bələdiyyə sədrlərindən istefa vermələrini tələb etmişdi. İstanbul, Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri sıra ilə istefa versə də, Edib Uğur bu günə qədər postunda qalmağa dirənirdi…