XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 14:28

Yoxlamaların dayandırılmasının müddəti uzadıldı –Yalnız iki sahə üzrə sahibkarlara nəzarət olunacaq

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklər edilərək yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılır.

Bu gün Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə edilərək təsdiq olunub.

Həmçinin, dəyişikliyə əsasən, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların həyata keçirilməsinə icazə verilir.

Belə ki, qanunun qüvvədə olduğu müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla biləcək. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhduddiyətlər nəzərə alınmaqla aparılır.

Qeyd edək ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul olunub. (Report)