XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 21:26

İran prezidenti:"Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir"

"Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir. Görüşdə "yaşıl gömrük yolu”,  iki tərəfli və üçtərəfli milli pul vahidi ilə ticarət  və enerji sahəsində müştərək sərmayə və hasilat haqqında  razılıq əldə olunub”.

Bunu prezident Həsən Ruhani İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşdən sonra bəyan edib.

"Qərara aldıq ki, hər üç ölkənin potensialından istifadə edək. Biz üç Xəzəryanı ölkəyik və bu dənizdən sülh və inkişaf üçün istifadə edirik. Qərara aldıq ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafını asanlaşdıraq”, deyə H.Ruhani bildirib/APA