XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 00:17

Əliyev, Putin və Ruhanidən birgə mühüm bəyanat:"Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir"

"Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir".

Bu barədə Tehranda  İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən birgə bəyanatda deyilir.

“Tərəflər bölgədə həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli maneə olduğunu təsdiqləyərək,  münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırlar”, – sənəddə vurğulanıb.

Həmçinin, tərəflər terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin zəruriliyini qeyd ediblər/APA.