XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 09:47

Qaçan məhbusla əməliyyatçılar arasında atışma: “Qoca” öldürüldü, iki nəfər saxlanıldı –Prokurorluqdan reaksiya

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Strateq.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

"Qoca” ləqəbli avtoritet Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. 

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.

 E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Qeyd edək ki, bəzi saytlar "​Qoca” ləqəbli Etibar Məmmədovin ölmədiyini, həbs edildiyini yazıb. 

Strateq.az-ın əldə etdiyi məlumata görə, əməliyyatçılara müqavimət göstərən "Qoca" baş verən atışmada öldürülüb. Yəni onun həbs yox, ölüm xəbəri dəqiqdir.  

Məsələylə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo”ya deyib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.