XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 16:44

Peskov: “Ərdoğanla Putinin görüşünə hazırlıq gedir” –Görüşdə Qarabağ müzakirə ediləcək

"İki ölkə prezidentlərinin mümkün görüşünə hazırlıq gedir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın həftələrdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi barədə məlumatlara münasibət bildirərəkən deyib.

Türkiyənin "Sabah” qəzeti də ölkə rəhbərlərinin görüşəcəyini yazıb. 

Qəzetin məlumatına görə, R.T. Ərdoğan Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirib ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 

R.T.Ərdoğan deyib ki, V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb/Report.