XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 17:36

Prezident Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşını təltif etdi –Tam siyahı

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən,  Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Ulduz Xeyrulla oğlu

Hüseynov Aqil Həmid oğlu

Hüseynov Qalib Sirac oğlu

İsgəndərova Nigar Vəliş qızı

Mustafayev Musa Musa oğlu

Mustafayev Valeh Azad oğlu

Talıbov Natiq Həsən oğlu.

*****

Prezident İlham Əliyevin digər sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Əhmədova Tamella Əhməd qızı

Məmmədli Bəhram İdris oğlu

Məmmədov Əkbər Comard oğlu

Məmmədov Ramazan Salam oğlu

Nağıyev Əli Həsən oğlu

Pənahəliyeva Məlahət Ömər qızı

Səmədov Muxtar Məmməd oğlu.