XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 19:56

TÜRKİYƏNİ DƏ “MANAFORT İŞİ”nə QATA BİLƏRLƏR –Maykl Flin Türkiyədəki fəaliyyəti zamanı saxtakarlığa yol veribmiş

Sərdar Turqut

“Habertürk”ün ABŞ təmsilçisi

 

Xüsusi prokuror Robert Müllerin Trampın keçmiş seçki kampaniyasının rəhbəri Pol Manafort haqqındakı iddianaməsinin ardınca Vaşinqtonda baş verənləri “Habertürk TV”də anlatmaq üçün bəzi adamlarla danışarkən, milli təhlükəsizlik problemləri üzrə mütəxəssis olan bir mənbə bu işin Türkiyə ilə də əlaqəli ola biləcək tərəfinə diqqət çəkib.

Prokuror Müllerin Manaforta qarşı yönəltdiyi 12 əsas ittiham arasında “qeydə alınmayan xarici ölkə agenti və aldadıcı FARA bəyannaməsi” (“Unregistered agent of foreign principle and misleading FARA (Foreign Agents Registration Act) statements”) ifadələrinin də yer aldığına diqqət çəkən xəbər qaynağım, sadəcə bunun belə özəl prokurorun bundan sonrakı hədəfinin Maykl Flin olacağını, bunun da Vaşinqtondakı xüsusi prokuror təhqiqatı içinə Türkiyənin də hansısa formada çəkilməsi anlamına gələ biləcəyini söyləyib.

Məlum olduğu kimi, Maykl Flin Trampın prezidentliyə keçiş prosesinin bir mərhələsində Türkiyə ilə işləməyə başlamışdı. Bunun ABŞ qanunlarına zidd olan tərəfi yoxdur və cinayət də təşkil etmir. Amma ABŞ qanunları tələb edir ki, bunu edən şəxs özü xarici ölkənin, ya da xarici bir qurumun agenti olaraq qeydiyyatdan keçsin və bunu bəyan etsin. M. Flin isə bu deklarasiyanı Türkiyə ilə işləməyə başlar-başlamaz etməyib, sonrakı aylarda bunu keçmiş tarixlə qeydiyyatdan keçirməyə çalışıb.

Vaşinqtonda söylənilir ki, ittihamnamədə Pol Manafortu bu məsələyə görə ittiham edən Baş prokurorun və xüsusi jürinin bunu Maykl Flinin haqqında etməsi də qaçılmazdır.

 

Keçən cümə axşamı

 

Böyük jürinin iddianaməsinin hazır olduğu haqqında məlumat keçən cümə axşamı mətbuata sızan kimi, Vaşinqtonda ilk saxlanacaq şəxsin Manafort, yoxsa Flin olacağı danışılmağa başlandı. Mənə anladıldığına görə, əslində keçən cümə günü tamamilə maraqlıymış. Çöx önəmli qaynaq bir müddətdir ki, Türkiyə ilə anlaşma və razılaşma yollarının açılmasını müdafiə və tövsiyə edənlərin o gün birdən-birə 180 dərəcə dönərək, əks görüşləri müdafiə etməyə başladıqlarını söyləyir. Bunun səbəbi isə aydın deyil, ya da mənə demək istəmirlər.

Əslində iddianamənin hazır olmasının cümə axşamı mətbuata sızdırılması belə bir cinayət idi. Ancaq heç kim bununla maraqlanmadı və ilk saxlanacaq adamın Flin, yoxsa Manafort olacağı haqqında bəhsəgirmələr, mübahisələr başladı. Axırda "Manafort" deyənlər haqlı çıxdı. Mən də bunlar arasındaydım, çünki keçən iyul ayında onun evinin FTB tərəfindən basılaraq axtarılması belə, ilk olaraq onun saxlanacağını göstərirdi.

Maykl Flin

Əgər Maykl Flinə də məhkəmə dəvəti çıxarılarsa, onun Türkiyə üçün gördüyü işlər də, dolayı yolla, Baş prokurorun gündəliyinə girmiş olacaq. Daha öncə ittiham edilməmək üçün anlaşmaq istədiyini bildirən Flinin cəza almaqdan qurtulmaq üçün nələr deyə biləcəyi məlum deyil. Bu da Türkiyənin, heç bir məsuliyyəti və bir yanlış işi olmadığı halda belə, Vaşinqtondakı müzakirələrin içinə çəkilməsinə yol aça biləcəkdir.

Burdakı təcrübəli bəzi adamlar, bu cür təhqiqatlarda prokurorların məhkəməyə ilk öncə danışaraq anlaşma əldə edə biləcəkləri şəxsləri çağırmasının bir taktika olduğunu, beləliklə, prokurorların əsas hədəfinə çatmaq üçün lazım olan dəlilləri – bəzilərinə nisbətən daha az cəza vermək, ya da buraxmaq qarşlığında – toplaya bildiklərini bildirirlər.

Artıq məhkəmə dəvəti alanlardan biri, Trampın keçmiş Xarici siyasət üzrə müşaviri Corc Papadopulos anlaşmaya gedərək, Rusiya ilə əlaqələri haqqında danışmağa başlayıb. Bu da işin Trampa qədər uzanması ehtimalının güclü olduğunu göztərir.

Tərcümə Strateq.az-ındır