XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 23:31

Rəsmi Ankara PYD/YPG-nin Soçiyə dəvət edilməsinə sərt etiraz etdi, Rusiya geri çəkildi:"Siyahı yenidən hazırlanacaq"

Rusiyanın Soçi şəhərində keçiriləcək "Suriya konqres"inə PKK-nın Suriya qolu olan PYD/YPG-nin dəvət edilməsi rəsmi Ankaranın sərt etirazına səbəb olub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın PYD/YPG-nin Soçiyə dəvət olunmasına "Bu, əsla qəbul edilə bilməz" bəyanatına Rusiyadan cavab gecikməyib.

Kremlin sözçüsü Dmitri Peskov rəsmi Ankaranın  etirazına cavab olaraq bildirib ki, Suriyada döyüşən qrupların Soçiyə dəvət siyahısına yenidən baxılacaq: "Dəvətlilərin siyahısı yenidən dəyərləndiriləcək. Siyahı yenidən hazırlanacaq".

Qeyd edək ki, Suriya ilə bağlı toplantı noyabrın 18-də keçiriləcək.