XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 17:24

Kataloniyanın separatçı pəhbəri təslim oldu –Belçika Puçdemonu İspaniyaya verəcək

Hazırda Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Belçika polisinə təslim olub.

Bu barədə Belçikanın VRT telekanalı prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb. K. Puçdemon və regional hökumətin dörd sabiq üzvü hakim qarşısına çıxarılacaq.

Bundan öncə dünən Belçika hakimiyyəti K. Puçdemon və onun tərəfdarlarının həbsi barədə İspaniya hökumətindən alınmış orderin araşdırıldığını təsdiqləyib. K. Puçdemonun vəkilləri müdafiə etdikləri şəxsin İspaniyaya verilməməsi üçün şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki,  oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri K. Puçdemonun həbsinə Avropa orderi verib. Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra Belçika polisi K.Puçdemonu həbs etməlidir.

APA