XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2017 - 15:37

Norveç Azərbaycana silah satmaqdan imtina edib –Hesabat açıqlandı

Norveçin Xarici İşlər Nazirliyi cümə günü, oktyabrın 27-də 2016-cı il üzrə silah ixracatı ilə bağlı parlament məruzəsini açıqlayıb.

Məruzədə bildirilir ki, 2016-cı ildə Norveç Azərbaycanın müdafiə təyinatlı vasitələrin alışı üzrə sifarişini rədd edib. Azərbaycanla birlikdə İsrail və bir sıra digər ölkələr də rədd cavabı alıb. Hökumət öz qərarını belə izah edib ki, “Norveç dövlətlər arasında müharibələrin getdiyi və vətəndaş müharibəsi təhlükəsi olan rayonlara silah və sursatların satışının əleyhinədir” (25 oktyabr 2013-cü il tarixində dövlət katibi Byorn Qlad Pedersenin çıxışından).

Bununla birlikdə, İsrailin “Med İsrael for Fred” (MIFF) təşkilatı xüsusi bəyanatla çıxış edərək, Norveç hökumətini ikili standartlar təcrübəsini tətbiq etməkdə günahlandırıb. Təşkilat bildirir ki, Norveç hökuməti müharibələrin davam etdiyi regionlara silah satılması barədə qərarına heç də həmişə riayət etmir. Belə ki, Norveç Suriya və İraq münaqişələrində iştirak edən ərəb ölkələrinə, o cümlədən öz ərazisində qiyamçılarla döyüşən ölkələrə (vətəndaş müharibəsi) onlarla milyon dollar dəyərində silah satıb. MIFF Norveç hökumətindən bu prinsipi bir daha nəzərdən keçirməyi və İsrailə silah ixracına icazə verilməsini tələb edib. (Virtualaz.org)