XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 18:03

Fransa səfirliyi daha viza müraciətlərini qəbul etməyəcək –Yeni mərkəz açılır + Şərtlər

Fransaya vizaların verildiyi yeni mərkəz – CAPAGO şirkəti  sabah “Globus Center”də açılacaq.

Fransanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, sabahkı (07.11.2017)  tarixdən etibarən bu şirkət əvvələr fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək. CAPAGO tərəfindən idarə olunan fransız viza mərkəzi, Bazar ertəsindən Cümə gününə qədər, C.Cabbarlı 609 ünvanında, saat 9:00-dan 17:00 kimi açıq olacaq.

Yeni viza mərkəzi aşağıda göstərilən işləri həyata keçirəcək: Bura görüşlərin alınması, viza ilə bağlı sualların cavablandırılması,fransız viza mərkəzində əhalinin qəbulu, viza müraciətlərinin qəbulu, barmaq izlərinin alınması, xidmət xərclərinin toplanması (standart qiymət 26 avro) və viza xərclərinin toplanması, pasportların geri qaytarılması (görüş götürməyə ehtiyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq) daxildir. “İşguzar” müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən « Premium » salonu yaradılıb (viza rüsümdan savayı 80 AZN ). Yeni fransız viza mərkəzində görüş götürmək üçün France Visas ( https://france-visas.gouv.fr/web/az  ) saytına daxil olmaq, sonra isə təklif olunan linklərə daxil olub CAPAGO saytında görüş götürmək lazımdır.

CAPAGO internet ünvanı : https://fr-az.capago.eu/

E-mail : [email protected]

Telefon nömrəsi : 012 310 0710

Beləliklə, viza üçün müraciətlər 7 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla).

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər CAPAGO şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.

Strateq.az