XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2017 - 10:40

ABŞ-dan Rusiyaya daha bir həmlə –Kremlin Avropada qarşısını almaq üçün 4,6 milyard ayrıldı

ABŞ Konqresinin hər iki Palatası Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib.

Bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir.

Məlumata görə, dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər/APA.