XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2017 - 19:21

İraqda İŞİD-lə əlaqəli 200 azərbaycanlı və 512 rus qadın saxlanılıb? –Müdafiə Nazirliyindən açıqlama

İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərlərə reaksiya verib.

Bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",– deyə mənbə KİV-ə bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb/Report.