XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 04:40

Rusiya öz hərbi qüvvələrini Ukrayna sərhədinə cəmləyir –Donbasa sülhməramlıların yerləşdirilməsi planı hazırlanıb

Donbasa BMT sülhməramlılarının yerləşdirilməsi haqda ciddi danışıqlar aparılır və Rusiya sülhməramlı adı altında öz qüvvələrini Ukrayna sərhəddində cəmləməyə başlayıb.

Strateq.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov bəyan edib.

Sühməramlı qüvvələrin Donbasa yeridilməsi haqqında hazırda çox ciddi danışıqlar aparıldığını vurğulayan Turçinov daha sonra deyib: “Ancaq Rusiyanın artıq Ukrayna sərhədlərinə cəmləməyə başladığı öz qüvvələrini sülhməramlılar kimi “yenidən boyamaq” üçün etdiyi bütün cəhdlər faydasız olacaq".

Turçinov inamını onunla əsaslandırıb ki, Donbasın yenidən inteqrasiyası haqqında qanunun qəbulu gözlənilir və bu qanun "Rusiyaya öz niyyətlərini reallaşdırmağa imkan verməyəcək”.

Qeyd edək ki, məlumata görə, Donbasda sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında Ukrayna, ABŞ və AFR-in hazır qətnamə layihəsi vardır. Ukrayna Xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, “bütün Donbası” sülhyaratma missiyasının nəzarətində saxlamaq üçün lazım olan BMT sülhməramlı qüvvələrinin zəruri sayı haqqında da dəqiq mövqe mövcuddur.

"The Wall Street Journal"ın informasiyasına görə isə, Donbasda BMT-nin 20 min xarici sülhməramlısının yerləşdirilməsi haqqında ABŞ-ın planı vardır.