XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 13:09

Avropa İttifaqı Rusiyanın “Şimal Axını-2” qaz kəmərinin qarşısını alır –Tusk Aİ ölkələrinə məktub göndərdi

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ ölkələrini Rusiyanın “Qazprom” şirkətinin “Şimal Axını-2” qaz kəməri layihəsinin qarşısını almaq üçün  tezliklə qanunlar hazırlamağa çağırıb.

Tusk bununla bağlı Aİ ölkələrinin liderlərinə məktub ünvanlayıb.

Hələ Aİ liderlərinin hamısı bu məktubu almadığı üçün məktubun tam mətni dərc edilməyib.

Məktubun məzmunu isə belədir ki, Aİ ölkələri sürətlə Avropa Komissiyasının bir neçə gün əvvəl qaz təlimatına dəyişikliklə bağlı təklif etdiyi layihə diqqət yetirsinlər.

Yeni qayda dənizin dibindən keçməklə çəkilən kəmərlər də daxil olmaqla, qız ixracı üçün nəzərdə tutulan bütün kəmərləri əhatə edir.

Qeyd edək ki, “Şimal Axını-2” Rusiya qazının Baltik dənizindən çəkiləcək kəmər vasitəsi ilə  Almaniya üzərindən Avropaya ixracını nəzərdə tutur. Bu layihə gerçəkləşəcəyi halda Ukrayna Rusiya qazının Avropaya ixracında əsas tranzit ölkə statusunu itirəcək/APA.