"Amerikanın hazırda apardığı siyasətin bölgəmizdə sabitliyə kömək edəcəyini düşünmürəm".
Strateq.az xəbər verir ki, bu sözləri CNN-ə müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, hazırda Türkiyənin yaşadığı bölgədə çox ciddi problemlər var.
Baş nazir Binəli Yıldırım Suriya və Iraqdakı daxili savaşı, bölgə dövlətlərinin arasındakı çəkişmələri və İŞİD-lə mübarizəni xatırladaraq, bölgədə PKK, YPG və PYD terror qruplarının güclənən fəaliyyətinə də diqqəti çəkib: "Bu PKK, YPG və PYD terror qrupları həm də Marksist-Leninist qruplardır. Türkiyə üçün sıxıntı yaratmağa cəhd edirlər. Maraqlıdır ki, ABŞ İŞİD-i məğlub etmək üçün bu terror qrupları ilə birlikdə hərəkət edir. ABŞ-ın başında olduğu belə işbirliyinin bölgədə sülh, barış və sabitliyə kömək edəcəyinə inanmıram".
Strateq.az