XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 21:47

Rəsmi Ər-Riyad İrana qarşı hərəkətə keçdi –Səudiyyə Ərəb Dövlətləri Liqasının toplanmasını tələb etdi

Rəsmi Ər-Riyad Ərəb Dövlətləri Liqasının fövqəladə iclasınının çağırılmasını tələb edib.

Bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı iclası İranın region ölkələrinin işlərinə müdaxiləsi etməsinə görə çağırıb. Toplantının noyabrın 19-da baş tutacağı gözlənilir.

Noyabrın 5-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

Noyabrın 10-da ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub/APA.