XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2017 - 17:34

Moskvada Qarabağ müzakirəsi yenidən başladı –Nalbandyan həmsədrlərlə görüşdü + FOTO

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşə də toxunulub.

APA