XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2017 - 23:43

Putin Sərkisyanla görüşdü, erməni prezidentə “İblis” hədiyyə etdi –FOTOLAR

Bu gün Rusiya lideri Vladimir Putinlə Ermənistan rəhbəri Serj Sərkisyan arasında Kremldə görüş baş tutub.

Putin Ermənistan mədəniyyəti günləri çərçivəsində Sərkisyanın Moskva səfərindən razı qaldığını bildirib.

Mediaya açıqlamasında Putin erməni həmkarı ilə ikitərəfli siyasi-iqtisadi əlaqələri, həmçinin təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

Görüşdə Putin Sərkisyana rus rəssamı Mixail Vrubelin “Tamara qəlbli Mələk və İblis” ("Ангел с душой Тамары и Демон") akvarelini hədiyyə edib.

Akvarel 1995-ci ildə Ermənistandakı Rusiya İncəsənət Sərgisindən oğurlanıb və 20 il müddətində ondan heç bir xəbər olmayıb/Axar.az.