XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 15:34

Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb.

Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib. Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, – deyə məlumatda qeyd olunur/Publika.az.