XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 18:55

Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə görüş haqda bəyanat yaydı –Mətn

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə noyabrın 14-də və 16-da keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar.

Bbirgə bəyanatda vasitəçilər bildiriblər ki, xarici işlər nazirləri ilə görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevvə Ermənistan prezidenti Serj Sarqsyanın arasında 2017-ci il oktyabrın 16-da Cenevrə görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə konkret addımlar, eləcə də həmsədrlər tərəfindən Cenevrədə qaldırılmış məsələlər müzakirə olunub.

"Nazirlər 2017-ci ilin dekabr ayında Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüş keçirməyə razılıq veriblər. Həmsədrlər bu görüşün gündəliyini hazırlayacaq. Bura siyasi nizamlanmanın əsas məsələləri, eləcə də təmas xəttində gərginliyin azaldılması üçün konkret addımlar daxil olacaq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq", – bəyanatda deyilir/Report.