XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 20:43

Ukraynalı deputatdan sensasiyalı müharibə çağırışı:"Biz Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq"

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib.

Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir.

“Biz İskeriyada (Şimali Qafqazda – red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, – deyə Mosiyçuk vurğulayıb.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin “Sosiologiya və politologiya” fakültəsinin dekanı Aleksandr Şatilov bildirib ki, Mosiyçukun fikirləri yeni deyil və bunu populizm adlandırmaq olar: “Lakin onun dediklərinin Qərbin strateji xəttinin bir hissəsi olduğu unudulmamalıdır. Vaşinqton Rusiya sərhədlərinin dibindəki Qarabağda, Dnestryanıda və digər ərazilərdə müharibəni alovlandırmağı planlaşdırır. Xüsusilə Qarabağda hərbi aktivlik Rusiyaya qarşı burada “ikinci cəbhə”nin açılması təhlükəsini artırır”.

Publika.az