XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 23:00

Sabirabadın hakiminin səlahiyyətinə vaxtından əvvəl xitam verildi, iki hakim isə töhmət aldı –MHŞ-da toplantı

Bu gün Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Strateq.az Şuraya istinadən xəbər verir ki,  ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunulmuş, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilməsi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi qeyd edilib. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatması bildirilərək, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə Sabirabad rayon məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.

Strateq.az