XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 23:07

“ABŞ bizi xəyal qırıqlığına uğratdı, daha eyni oyuna gəlmək istəmirik” –Ərdoğandan yeni əməliyyat xəbərdarlığı

"Suriyada İdlib əməliyyatı planlandığı şəkildə davam edir. Türkiyə, Rusiya və İran olaraq ortaq bir plan istiqamətində ciddi irəliləyiş qazandıq. Noyabrın 22-də Soçidə yenidən Putin və Ruhani ilə görüşəcəyik. Suriyanın bizimə sərhəddə yerləşən və PKK/YPG/PYD-nin əlində olan Afrin bölgəsi bizim üçün çox önəmli şəhərdir. Afrini terror təşkilatı PYD-dən təmizləməyimiz gərəkdir".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan bugünkü toplantıların birində deyib.

Onun sözlərinə görə, bölgə ilə bağlı ABŞ-ın əvvəldən verdiyi vədlərin üzərində durmaması ciddi sıxıntılar yaradıb: "ABŞ bizi xəyal qırıqlığına uğratdı. Afrində eyni oyuna gəlmək istəmirik. Çox asan həll edə biləcəyimiz neçə problem ABŞ tərəfindən ısrarla çıxılmaza sürüklənib. Rəqqa, Mümbiç, Deyrizorda da belə odu. "Bu işi bərabər həll edək" dediyimiz zaman "Biz orada terror təşkilatı YPG ilə deyil, SDQ (Suriya Demokratik Qüvvələri) ilə işbirliyindəyik" dedilər. Etməyin".

Ərdoğan bildirib ki, Amerikanın bu təşkilatlar üzərindən həyata geçirməyə çalışdığı ssenarinin fərqindəyik:  "İttifaq başqa bir şey, ancaq müttəfiqliklə bir araya sığmayacaq hərəkətləri etmək başqa bir şeydir. İnciməyin, bütün yalanları söyləyəcəyik".

Strateq.az