XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 15:56

Departament:"ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir"

ABŞ müraciət edən ermənilərin 50 faizdən çoxuna qeyri-immiqrasiya vizasının verilməsindən imtina edir.

Bu barədə ABŞ Dövlət departamentinin 2017-ci il üçün xarici vətəndaşlara viza verilməsində imtina sayı üzrə hesabatından məlum olub.

Hesabatda qeyd olunur ki, Ermənistandan edilən viza müraciətlərinin 51,87 faizinə imtina cavabı verilir. Bu, 2016-cı illə müqayisədə 5,99 faiz çoxdur.

Ermənistanla qonşu ölkələrlə bağlı isə vəziyyət belədir: Gürcüstan 61,09 faiz (1,73 faiz azalma), İran 58,66 faiz (13,64 faiz artım), Türkiyə 17,86 faiz (4,24 faiz artım).

Rusiyadan da edilən viza müraciətlərinə imtinaların sayı bu il 2,32 faiz artaraq 11,61 faizə çatıb/Trend.