XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 17:03

ABŞ UKRAYNAYA LETAL SİLAHLAR VERMƏYƏ HAZIRLAŞIR –Putinə Senatdan xəbərdarlıq siqnalı

UNİAN İA, Ukrayna

 

ABŞ siyasətini dəyişir

 

ABŞ administrasiyası Ukraynaya müdafiə silahı verilməsi haqqındakı Barak Obamanın prezidentliyi dövrü üçün xarakterik olan siyasətini dəyişməyə yaxınlaşır. “Amerikanın səsi”nin verdiyi məlumata görə, bu barədə respublikaçı senator Cim İqnoff bəyanat verib. O, ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizəd olan Con Ruda müraciət edərək, bildirib ki, “ABŞ-ın öncəki prezident administrasiyası dövründə Ukraynaya müdafiə silahı göndərmək planlaşdırılmırdı, indi bu dəyişir”.

O, eyni zamanda ABŞ-ın Ukraynaya silah verilməsilə bağlı olaraq, mövqeyinin təminatlı şəkildə dəyişilməsinin anonsu kimi səslənən fikir bildirib və Ruda sual verib: “Sizcə, Putinin başında indi, bizim komitənin fikrincə verilməsi lazım olan şeyləri verməkdən imtina edən administrasiya getdikdən və vəziyyət dəyişdikdən sonra nə baş verir? Siz hesab edirsinizmi ki, biz düz istiqamətdə hərəkət edirik?”.

Cavabında Rud, Ukraynaya müdafiə silahı verilməsini dəstəklədiyini bildirib. Rud qeyd edib: "Mən hesab edirəm ki, Rusiya təcavüzü qarşısında qalan Ukraynanı dəstəkləmək vacibdir. Ötən payızda mən ABŞ-ın ticarət nümayəndə heyətinin tərkibində Kiyevdə oldum, Ukrayna prezidenti, müdafiə naziri, milli təhlükəsizlik məsələləri üzrə müşavirlə və digərlərilə görüşmək imkanım oldu. Özüm üçün dərk etdim ki, ukraynalılar Ukraynanın suverenliyini  pozan Rusiya ilə mürəkkəb döyüş aparırlar. Mən hesab edirəm ki, prezident Putinə və digərlərinə bizim bu məsələdə ukraynalıları dəstəkləməyə hazır olduğumuz haqqında siqnal göndərmək vacibdir. Çünki mən əminəm, prezident Putin bəzən hesab edir ki, Qərb zəiflik göstərir”.

 

Ukraynaya hansı silahlar veriləcək?

 

Bu arada, ABŞ-da Ukraynaya veriləcək hərbi yardımın detalları açıqlanıb. İlk dəfədir ki, Ukraynaya dənizdə müdafiəsini möhkəmləndirmək üçün hərbi yardım verilə bilər. Xüsusən, söhbət mina və minaəleyhinə, sahil və sahilyanı avadanlıqdan gedir.

Senator Rob Portman “Amerikanın səsi”nə bildirib ki, Konqresin hər iki palatası tərəfindən təsdiq edilən ABŞ-ın müdafiə büdcəsi layihəsi imzalanması üçün prezident D.Trampa göndərilib. Layihə Ukraynaya 350 milyon dollarlıq, letal silahın və digər avadanlığın, təlim və texniki yardımın verilməsi də daxil olmaqla, yardım nəzərdə tutur.

Senator Portmanın verdiyi qanun layihəsinin şərhində deyilir ki, ABŞ-ın yardımı Ukraynanın müdafiə sektorunun, hərbçilərə mülki nəzarətin tətbiq edilməsi, hərbçilərə parlament nəzarətilə əməkdaşlıq və koordinasiya, təchizat sisteminin və ehtiyatların idarəçiliyinin yaxşılaşdırılması və xarici həssas texnologiyaların təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, həlledici islahatlarında tərəqqinin əldə edilməsi şərtilə veriləcəkdir. O, Ukraynaya hərbi yardım verilməsinin yeni detalları və şərtləri haqqında danışıb. Yardımın verilməsi şərtləri və Ukraynanın institutsional müdafiə islahatlarında tərəqqisini təsdiq edəcək metodologiyalar ətraflı yazılıb. Başlıca hədəflər təchizatın, ehtiyatların idarəçiliyinin, özəl və ya xarici müdafiə texnologiyalarının təhlükəsizliyinin yaxşılaşdırılmasıdır.

İlk dəfə olaraq, Ukraynaya dənizdə müdafiəsini möhkəmləndirmək üçün yardım verilə bilər. Bu məqsədlə hava və sahil müdafiə radarlarının, mina və mina əleyhinə, sahil və sahilyanı avadanlıqların verilməsi nəzərdə tutulur. Bu əlavələr Ukrayna hərbçilərinin tank əleyhinə silahlar, mühafizə olunan rabitə və artilleriya əleyhinə radarlar başda olmaqla, ən təcili ehtiyaclarına cavab verir. Ukrayna hərbçilərinin müalicəsi və reablitasiyası üzrə imkanlar əhəmiyyətli dərəcədə genişlənir. Ukrayna məmurlarının qayğıları, tibbi təhsili və ukraynalıların dəstəklənməsilə bağlı olan tibbi və digər xərclərin bağlanması üçün ABŞ-ın yardımından istifadə imkanları asanlaşır.

 

ABŞ siyasətini niyə dəyişir?

           

Portman bəyan edib: "Rusiyanın bizim müttəfiqlərimizə və maraqlarımıza qarşı gələcək təcavüzünün önlənməsi, ABŞ-ın rəhbərliyilə beynəlxalq sistemin fundamental prinsiplərinin dəstəklənməsi üçün ABŞ-ın əhatəli Ukrayna strategiyası çərçivəsində, istifadə etməli olduğu bu siyasi alətə sabit ikipartiyalı dəstək mövcuddur. Əgər Ukraynanın şərqində Rusiyanın təcavüzü, onun təbliğat və dezinformasiya kimi hibrid müharibə texnologiyalarından istifadə etməsi davam edəcəksə, onda ABŞ və NATO-nun Ukraynanın öz demokratik gələcəyini təmin edə bilməsi üçün daimi iqtisadi, siyasi və hərbi dəstək verməsi çox mühümdür. Müstəqil Ukrayna yalnız Şərqi Avropanın həlledici elementi deyil, eyni zamanda ABŞ-ın regiondakı və ondan kənardakı daha geniş maraqlarına toxunur”.

Ukraynanın ABŞ-dakı səfirliyinin “Facebook” səhifəsində verilən məlumata görə isə, Senatın silahlı qüvvələr komitəsinin üzvü senator Ceyms İqnoff  prezident Trampa məktub göndərərək, onu Ukraynaya öldürücü müdafiə silahı verilməsi məsələsini razılaşdırmağa çağırıb. İqnoff qeyd edib ki, onun məktubu ilin əvvəlində prezident Trampı Ukraynaya verilən müdafiə yardımını genişləndirməyə çağıran 27 senatorun dəstəyini əks etdirir. Məktubda deyilir: “Rusiyanın davam edən təcavüzü və onun Ukraynanın ərazi bütövlüyünü tanımaqdan daima imtina etməsi bizdən – hüquqi nizama hörmət edənlərdən güclü cavab tələb edir. Bu cavab da Ukraynaya dəstək çərçivəsində letal silahların verilməsindən ibarət olmalıdı”.

Tərcümə Strateq.az-ındır