XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 14:12

Moldovanın Baş naziri:"Yaxın zamanda Dnestryanı münaqişəsinin tənzimlənməsi konsepsiyası təqdim ediləcək"

Moldova Baş naziri Pavel Filip bəyan edib ki, yaxın zamanda Dnestryanı münaqişəsinin tənzimlənməsi konsepsiyası təqdim ediləcək.

Strateq.az-ın “Qruziya onlayn”a istinadla verdiyi xəbərə görə, Pavel Filip ATƏT-in Dnestryanı münaqişənin tənzimlənməsi prosesindəki Avstriya sədrliyinin xüsusi təmsilçisi Volf Ditrix Haym və ATƏT-in Moldovadakı missiyasının başçısı Maykl Skanlanla görüşü zamanı deyib ki, “Yaxın zamanlarda Dnestryanının bütöv Moldova tərkibində xüsusi statusu haqqında layihə təqdim ediləcək. Sənəd işlənib hazırlanıb, hazırda vətəndaş cəmiyyətilə məsləhətləşmələr aparılır”.

Onun sözlərinə görə, Dnestryanı münaqişəsinin tənzimlənməsində irəliləmək, mövcud problemlərin həm texniki, həm də siyasi həllini tapmaq vacibdir.

Məlumata görə, görüş iştirakçıları 18 noyabrda Dnestr çayı üzərində, Qura-Bıkuluy və Bıçok arasında körpünün açılmasını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, “bu addım çayın hər iki sahilindəki əhalinin və iqtisadi agentlərin maraqlarına uyğundur”.

Moldova Baş naziri deyib: "Həll edilən hər bir problem özü-özlüyündə Dnestryanı münaqişəsinin tənzimlənməsinin digər problemlərinin həllində irəliləmək üçün imkan yaradır. Gündəlikdə duran əsas problemlər Dnestryanı regiondakı Moldova məktəblərinin latın qrafikası əsasında yaxşı işləməsinin təmin edilməsi, Dnestryanının təhsil diplomlarının tanınması və iki sahil arasındakı telefon əlaqəsinin bərpasıdır”.

O, Ukrayna ilə birlikdə Kuçurqan-Pervomaysk sərhəd keçid məntəqəsinə Dnestryanının qəti olaraq qarşı çıxdığı birgə nəzarətin müsbət nəticələri haqqında məlumat verib. P. Filip deyib: “Bu təcrübə Dnestryanı sahə də daxil olmaqla, Moldova-Ukrayna sərhəddinin digər sərhəd məntəqələrinə də yayılacaq. Birgə səylər sayəsində biz Dnestryanı münaqişənin tənzimlənməsində irəliləyişdən danışa bilərik. Bizim üçün ritmi itirməmək vacibdir”.

Ötən həftə Kişinyovun və Tiraspolun nümayəndələri vasitəçilərin yardımı ilə“5+2” formatında (Moldova, Dnestryanı, ATƏT, RF, Ukrayna, həmçinin AB və ABŞ-dən olan müşahidəçilər) aparılan danışıqların yenidən başlanması haqqında razılığa gəliblər. Danışıqların növbəti raundu 27-28 noyabrda ATƏT-ə sədrlik edən Avstriyada baş tutacaq. Növbəti raunda hazırlıq çərçivəsində, V. D. Haym Kişinyov və Tiraspola gəlib, “Dnestryanı XİN” başçısı Vitaliy İqnatyev isə bazar ertəsi Moskvaya yollanıb.

Dnestryanı münaqişəsinin tənzimlənməsi konsepsiyası prezident, parlament, hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi komissiya tərəfindən işlənib hazırlanır. Komissiyanın yaradılması haqqında qərar ilin əvvəlində prezident İqor Dodon, parlament sədri Andrian Kandu və Baş nazir Pavel Filip tərəfindən qəbul edilib. Onlar o zaman bəyan ediblər ki, hakim koalisiya ilə prezident arasında çox məsələ üzrə prinsipial fikir ayrılığı mövcuddur, lakin Dnestryanı münaqişəsinin tənzimlənməsi məsələsində onlar ümumi mövqe tutacaqlar.