XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 17:27

Beynəlxalq məhkəmə “Bosniyalı qəssabı”na ömürlük cəza kəsdi –Türkiyə və Serbiyadan hökmə rəsmi reaksiya

Hollandiyada BMT-nin nəzarəti ilə qurulmuş Beynəlxalq Məhkəmə Bosniya – "Srebrenitsa"da müsəlman bosniyalara qarşı kütləvi soyqırım törədən Ratko Madiçlə bağlı, nəhayət, hökm verdi.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Yuqoslaviyanın serb əsilli ordu generalı, "Bosniyalı qəssabı" ləqəbi ilə tanınan və 12 mart 1942-ci ildə doğulan Mladiç 1995-ci ildə Srebrenitsada separatçı fəaliyyətdə, bosniyaların yaşadığı bölgələrdə zülm və kütləvi qətllərdə suçlanaraq, ömürlük cəzaya layiq görülüb.

O, şəxsən 8 min müsəlmanın qətlə yetirilməsində birbaşa iştirak edib.

Hökmdən dərhal sonra Serbiya baş naziri Ana Brnabic açıqlama verib. O, hökmün serblər üçün gözlənilməz olmadığını deyib: "Gələcəyə baxmalıyıq. Sonunda sabit və inkişaf edən bir ölkəmiz var".

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da hökmə dərhal reaksiya verib. O, "gec də olsa, ədalət öz yerini tapdı", – deyib.

Strateq.az