XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 09:52

“Polad Bülbüloğlu da savaş ritorikasını artırmalıdır” –Politoloqdan Droxinin geri çağırılmasına şərh

"Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın".

Strateq.az xəbər verir ki, bu sözəri politoloq Elxan Şahinoğlu Rusiya səfiri Doroxinin geri çağırımasını şərh edərkən deyib.

 Onun sözlərinə görə, Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə səfir hətta Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş- şərhçi) Zuyevlə ona görə əvəz edir ki, Azərbaycanın hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda çingildəsin: "Biz bununla barışa bilmərik. Qonuşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır".

Strateq.az