XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2017 - 16:18

“Rusiya ilə münasibətlərimizi belə məsələlərlə gərginləşdirməyə dəyməz” –Deputatdan səfir təyinatına şərh

"Məncə, bu məsələdə mülahizələrlə çıxış etmək düzgün deyil. Səfirə aqremanın verilib-verilməməsi ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini gözləmək lazımdır. Bu məsələdə spekulyasiya etmək doğru deyil. Nəzərə almaq lazımdır ki, bizim Rusiya ilə münasibətlərimizi belə məsələlərlə gərginləşdirməyə dəyməz".

Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın Xarici İşlər Nazirliyinin Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almadığı haqda xəbərləri şərh edərkən deyib.

Rasim Musabəyov bildirib ki, şəxsən onun özü Georgi Zuyevi tanımır, bir diplomat kimi onun fəaliyyətindən xəbəri yoxdur:

“Bu şəxs Rusiya Xarici İşlər Nazirliyində kadrlar idarəsinin rəis müavini işləyib. Onun nə etdiyi, hansı fikirlər söylədiyi, namizədliyinin nə dərəcədə məqbul olub-olmadığı haqda bir söz deyə bilmərəm. Bu diplomatın nə özü, nə də mövqeyi haqqında internetdə informasiya yoxdur”.

Təcrübəyə istinad edən Musabəyov bildirib ki, qaydaya görə, istənilən ölkəyə təyin edilən səfirlə bağlı həmin ölkədən aqreman istənilir:

“Yəni həmin ölkənin yeni səfirə münasibəti öyrənilir və razılıq alırlar. Təcrübəyə əsasən deyə bilərəm ki, dövlət yeni səfirlə bağlı aqreman vermədikdə bu səfir dəyişilir, yeni diplomatla əvəzlənir. Məsələn, Ermənistan Gürcüstana səfir təyin etmişdi. Ancaq Gürcüstan bu səfirə aqreman vermədi. Bundan sonra İrəvan məcbur olub Gürcüstana başqa səfir göndərməli oldu”.

Teleqraf.com