XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 20:20

Ərdoğan və baş nazirdən “xaricdə bank hesabları var” iddiasına sərt reaksiya:"24 saat ötdü, niyə sənədləri KİV-ə vermirsən?!"

CHP sədri Kamal Kılıcdaroğlunun dünən "prezident Ərdoğanın ailə üzvlərinin ofşor zonalara pul köçürməsi barədə əlimizdə bütün sənədlər, hətta bank qəbzləri də var" bəyanatına bu gün Türkiyənin prezidenti Ərdoğandan sərt cavab gəlib.

Strateq.az xəbər verir ki, Ərdoğan CHP liderini "düşmən dəyirmanına su tökmək"də ittiham edərək, bütün iddiaları qəti şəkildə rədd edib.

Ərdoğan bildirib ki, iddia edildiyi kimi xaricə bir qəpik pul köçürülməyib: "Bu zatın əlində sənəd varsa, topluma paylasın. Onun söylədiyi yalanmı? Yalan! Üzü qızaracaqmı? Heç sanmıram". 

O, Kamal Kılıcdaroğlunu məhkəməyə verdiyinə işarə edərək, deyib ki, sonuna qədər bu davasının üstündə duracaq: "Bu məsələ əvvəlki kimi olmayacaq. Sona qədər bu məsələnin üstə durulacaq. Bu əsilsiz iddialar, böhtanlar boş buraxılmayacaq".

Ərdoğan Suriya qaçqınlarına olunan 30 milyard dollarlıq yardımın hansı mənbədən əldə edildiyini də bir-bir sadalayıb.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan demişdi ki, əgər CHP lideri iddialarını təsdiq edən sənədləri ortaya qoyarsa, bir dəqiqə belə prezident postunda və siyasətə qalmayacaq: "Həmin dəqiqə prezidentlikdən və siyasətdən gedəcəyəm. Əgər ortaya sənəd qoy bilməsə, o da eyni addımı atacaqmı?!".

Yeri gəlmişkən, "Ərdoğanın oğlu, yaxın qohumılarının xaricdə bank hesabları var" iddiasına bu gün baş nazir Binəli Yıldırım da sərt bəyanatla cavab verib.

O, deyib ki, CHP lideri prezidenti etibarsazlaşdırmağa cəhd edir: "O, bu yalanları ilə prezidentimizin etibarını zədələyə biləcəyini zənn edib. O, bununla "etibar cinayəti"nə yol verib. Baxın, ona "əlindəki bütün sənədləri vaxt itirmədən mətbuata və prokurorluğa təqdim et" çağırışı olunsa da, 24 saatdır xəbər yoxdur, səsi çıxmır. 

Görünür, ölkəmizə qarşı hər cür oyunun oynandığı bir ərəfədə cənab Kılıçdaroğlu da prezidentimizin etibarına xələl gətirəcəyini zənn edir, amma çox yanılır. Əslində, Kılıcdaroğlunun prezidentimizə qarşı yalan-yalnış iddiaları son günlər ölkəmiz əleyhinə başlanılan qlobal qara təbliğata başlayanların  dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bu, çox açıq görünür. O, bunlara görə cavab verəcək".

Strateq.az