XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 13:03

Baş nazirin müavini:"Aylıq 4 manat ödəməklə, pensiya almaq mümkün deyil"

"Qiymətləndirməyə görə, bu gün Azərbaycanda qeyri-leqal məşğulluq yüksəkdir".

Bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

 Ə. Əhmədov deyib ki, bu gün işləyən 4,7 milyondan 1,5 milyonu rəsmi məşğuldur: "Məsələn, qeyri-rəsmi məşğul çalışanlara baxsaq, bu gün özəl kənd təsərrüfatında çalışanlar aylıq 4 manat vəsait ödəyir. Bununla gələcəkdə pensiya almaq mümkün deyil.  Biz qeyri-rəsmi məşğulluğu aradan qaldırmaqla dövlət büdcəsinə böyük miqdarda ödənişlərə nail olmaq istəyirik".

APA