Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Trampın prezident Ərdoğanla telefon söhbətində "YPG-yə daha silah verilməyəcək" vədindən sonra Pentaqonun terror təşkilatına yenidən silah yardımı edilməsinə aydınlıq gətirib.
Strateq.az xəbər verir ki, o, yaranmış təzadlı vəziyyətin ABŞ-ın daxili durumu ilə əlaqələndirib: "Əgər Pentaqon öz prezidentinin əmrinə əmə edib, onu dinləmirsə, əlbəttə, bu, bizi narahat edir. Çünki onlara verilən silahlar bizə qarşı təhdiddir"
Çavuşoğlu Trampın vədinə əməl edəcəyini gözlədikərini də deyib: "ABŞ kimi bir ölkənin prezidentinin sözünü tutması vacibdir".