XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 20:47

ABŞ-ın ordu generalı:"Peşmərgəni silahlandıracağıq, bu məqsədlə 364 milyon dollar ayrılıb"

ABŞ konqresi Şimali İraq Kürd Muxtariyyətinin silahlı hərbi birləşməsinə (Peşmərgə) böyük məbləğdə yardım ayırıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu muxtariyyət rəhbərliyi ilə görüşdə ABŞ-ın ordu generalı  Ralph Baker deyib.

O, ABŞ-ın peşmərgəni silahlandırmaya davam edəcəklərini bildirib və əlavə edib ki, ABŞ konqresi bu məqsədlə 2018-ci ildə muxtariyyətin silahlı birləşməsinə 364 milyon dollar məbləğində yardım ayırıb.

Muxtar vilayət rəhbərliyi ABŞ-n bu qərarından böyük razılıq duyduqlarını bildirərək,  generaldan ABŞ ordusunun daim Ərbildə qalmasını xahiş ediblər.

Strateq.az