XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 20:44

TRAMP QÜDSÜ İSRAİLİN PAYTAXTI KİMİ TANIYACAQ –Gələn həftə

Növbəti həftə prezident Donald Tramp Yerusəlimin (Qüdsün – red.) İsrailin paytaxtı kimi tanındığını elan edəcək, ancaq bununla birlikdə ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsini təxirə salacaq.

Strateq.az xəbər verir ki, bu haqda İsralin “Newsru. co.il” saytı Associated Press” agentliyinə istinadən məlumat yayıb.

Saytın yazdığına görə, informasiyalı mənbələr deyirlər ki, son günlərdə bu mövzu Ağ evdə aktiv müzakirə edilib, ancaq ABŞ məmurlarına bu həssas mövzunu jurnalistlərlə bölüşmələrinə icazə verilməyib.

Sayt xatırladıb ki, “Keşet”“Reşet” televiziya kanallarının xəbərlər xidmətinin jurnalisti Dana Vays 29 noyabr 2017-ci ilin axşamı öz Twitterində növbəti həftənin əvvəlində prezident Donald Trampın Yerusəlimin İsrailin paytaxtı kimi tanındığını və səfirliyin Təl-Əvivdən Yerusəlimə daşınmasına hazırlıq görüldüyünü elan edəcəyinin Yerussəlimdə yüksək ehtimallı hesab edildiyini yazıb. Eyni zamanda qeyd edilib ki, Amerika yevangelistlərinin də təzyiq etdiyi Tramp səfirliyin Yerusəlimə köçürülməsi haqqındakı qanuna qoyulan vetonu növbəti dəfə uzatmaq istəmir.

O zaman Ağ ev, ABŞ-ın öz səfirliyinin Təl-Əvivdən Yerusəlimə daşınacağını elan etməyə hazırlaşması haqqındakı məlumatı “erkən” adlandırmışdı.

Bu ilin iyun ayının 6-da ABŞ Senatı Yerusəlimin birləşdirilməsinin 50 illiyinə həsr edilmiş bəyannaməni yekdilliklə təsdiqləyib. Bu sənədin lehinə sabiq prezidentliyə namizəd Berni Sanders də daxil olmaqla, 90 senator səs verib. 10 senator isə səsvermə zamanı iclas zalında olmayıb.

Bəyannamənin mətnində deyilir: “2017-ci ilin iyununda Yerusəlimin – üç min il ərzində yəhudi varlığının saxlandığı şəhərin birləşdirilməsinin 50 illiyi qeyd edilir. Yerusəlim 1948-ci ildən 1967-ci ilədək bölünübd və müxtəlif inanclı israillilər, həmçinin müxtəlif ölkələrdən olan yəhudilər şərqi Yerusəlimdəki müqəddəs yerlərə, o cümlədən “Ağlama divarı”na sərbəst gedə bilməyiblər. 1967-ci ildə Yerussəlim birləşdirilib və hamı müqəddəs yerlərə gedə bilir”.

Senat həmçinin, Yerusəlimin İsrailin paytaxtı kimi tanınması haqqındakı qanunu yenidən ratifikasiya edib.

Bu qanuna uyğun olaraq, ABŞ səfirliyi 1999-cu ilin may ayından gec olmayaraq, Yerusəlimə köçməli idi. Ancaq qanun həmçinin onun reallaşdırılmasına prezidentin veto hüququnu da nəzərdə tutur. Bu hüquqdan Bill Klinton, Corc Buş və Barak Obama istifadə edib, 01 iyunda isə onu Donald Tramp imzalayıb.

Fərman hər altı aydan bir imzalanır. Onun növbəti imzalanma tarixi isə 2017-ci ilin dekabrıdır.