XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2017 - 21:38

MAYKL FLİNN “ÖTMƏYƏ” BAŞLADI –Trampın istəyi əsasında Rusiya ilə əlaqə saxladığını etiraf etdi

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Donald Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib.

 APA-nın xəbərinə görə, bu barədə ABC News xəbər verib. 

Telekanalın məlumatına əsasən, o, şəxsən Trampın Rusiya ilə əlaqəyə girməyi istədiyini bildirib.

Bundan əvvəl Maykl Flinn etiraf edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verib.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.