XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 07:23

Nemtsovun qətlində azərbaycanlı polkovnikin adı hallanır

Azərbaycan polkovnikinin adı Nemtsovun qətlində hallandı

Rusiya mətbuatdı tanınmış siyasətçi Boris Nemtsovun ölümündə yeni verisiyalar olması barədə sensassion məlumatlar yayıb.

“Qafqazinfo” “İzvestia” saytına istinadən xəbər verir ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi qeyd edilir.
Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırki komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır.
Nəşr yazır ki, Ukrayna hüquq-mühafizə orqanlarının planına əsasən, müxalifətçinin ölümü Rusiya rəhbərliyini gözdən salmalı, eləcə də siyasi sabitliyi pozmalı idi. Mənbə həmçinin bildirib ki, istintaq qrupunun əlində siyasətçinin ölümündə Ukraynaın əlinin olmasına dair bəzi sübutlar var.
Yazıda həmçinin qeyd edilir ki, Nemtsovun qətlində qisas faktoru da rol oynaya bilər. Belə ki, 2014-də yaradılan Cövhər Dudayev adına batalyonun qurucusu, həmçinin Donbassda Ukrayna silahlıları tərəfindən vuruşan çeçen əsilli İsa Munayev bu ilin fevralın 1-də döyüşlərdə öldürülür. çeçen döyüşçüləri isə Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı öz komandirlərinin qisasını da almış olublar.
Ən maraqlısı isə, Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan “Azad Qafqaz” hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adınının çəkilməsidir. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu qeyd edilir.